Sumqayıt “priçalı”nın qorunması istiqamətində qabaqlayıcı tədbirlər görülür. Bu haqda Sumqayıt24 bu gün, 18 fevral tarixində məlumat verir.
Hazırda aparılan işlərə qaldırıcı kran və bir neçə nəfər işçi cəlb olunub. Əldə etdiyimiz məlumata əsasən, limanın ətrafına yeni düzəldilmiş dalğaqıranlar yerləşdirilir. Bu istiqamətdə aparılan işlər yaxın günlərdə yekunlaşacaq.
Qeyd edək ki, dalğaqıranlar limanları dalğanın dağıdıcı təsirindən qorumaq üçün qoyulur. [modula id="10052"]