Sumqayıtda "Toyota Prius" markalı minik avtomobili qəzaya düşüb. Xəsarət alanın olduğu bildirilir. Sumqayıt24 bu haqda Xeberle.com-a istinadən xəbər verir.
Hadisə Polad Həşimov küçəsində baş verib. Belə ki, "Uber" taksi şirkətinə məxsus nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib və avtomobil bordürləri dağıdaraq səkiyə çıxıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb.
Araşdırma aparılır.