Sumqayıt Dövlət Universitetində tədbir keçirilib. Bu barədə 28 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Elmi kitabxanada İqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim heyətinin nəşr olunmuş metodiki dərs vəsaitləri təqdim edilib, sərgi təşkil olunub. Burada fakültənin dekanlığı, professor-müəllim və tələbə kollektivi iştirak ediblər.
Çıxış edən müəlliflər sərgilənən kitablarda əhatə olunan mövzulardan danışıblar. Daha sonra tədbir iştirakçıları nəşrlərlə tanış olub, müəlliflərlə fikir mübadiləsi aparıblar.