Qəzadan sağ çıxan qadın xəstəxanada ölüb. Sumqayıt24 bu haqda 2 dekabr tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə dekabrın 1-də baş verib. 55 yaşlı Tükəzban Məmmədovanı 10-cu məhəllədə “Toyota” markalı avtomobil vurub. Xəstəxanaya çatdırılan piyada bu gün vəfat edib.
Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.