Qırğızıstanın sənaye şirkətlərinin nümayəndələri Sumqayıt Kimya Sənaye Parkına səfər ediblər. Bu haqda 23 noyabr tarixində Sumqayıt24 İqtisadiyyat.az-a istinadən məlumat verir.
Tekstil, tikinti, aqrar, logistika və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri Sənaye Parkının istehsal prosesləri ilə tanış olublar.
Qonaqlara sənaye zonalarındakı əlverişli investisiya imkanları, tətbiq edilən vergi-gömrük güzəştləri barədə məlumat verilib, sənaye zonalarının təqdimatı edilib. Onlara təmsil etdikləri müəssisələrin fəaliyyəti və əməkdaşlıq imkanları barədə danışılıb.