"Qurban bayramında kəsilən heyvanların ətindən dərhal istifadə edilməsi ciddi həzm problemlərinə və sağlamlıq risklərinə səbəb ola bilər".
Bu barədə "İhlas" agentliyinə türkiyəli mütəxəssis Mehmet Emin Mavi bildirib. Onun sözlərinə görə, qurbanlıq mərasimləri zamanı vətəndaşların kəsim prosesindən dərhal sonra ət yeməyə meyl etməsi ciddi sağlamlıq problemlərinə yol açır:
"Yeni kəsilmiş heyvanın əti əzələlərin sərtləşməsi (ölüm sərtliyi) səbəbindən dərhal istifadə üçün uyğun deyil. Bişirmə keyfiyyətini artırmaq və həzmi asanlaşdırmaq üçün ət heyvan kəsildikdən ən azı 12-24 saat sonra istehlak edilməlidir", - deyə mütəxəssis vurğulayıb.