top
Qurtuluşun rəhbəri özünü qismən günahkar bildi
12 iyun 2026, 14:57
- ↺ +

"Qurtuluş"un rəhbəri özünü qismən günahkar bildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrliyi ilə qəsdən sağlamlığa az ağır zərər vurma, adam oğurluğu və əzab verməkdə təqsirləndirilən "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşının cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az-ın məlumatına görə, prosesdə ittiham aktı oxunub. Təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülən ittiham üzrə özlərini qismən təqsirli bildiklərini deyiblər.

Ceyhun Salmanov ifadəsində bildirib ki, müalicə alan şəxslərin mərkəzdə saxlanılması müalicə prosesidir. Mərkəzdə onlarla ancaq profilaktik söhbətlər aparılır.

Növbəti proses 17 iyuna təyin olunub.

Xatırladaq ki, "Qurtuluş Reabilitasiya Mərkəzi" MMC-nin Sumqayıtdakı müəssisəsində baş vermiş qanunsuzluqlarla bağlı şəhər prokurorluğunda cinayət işi başlanıb və istintaq aparılıb.

İstintaq zamanı müəssisənin direktoru Ceyhun Salmanovun Elşad Məhərrəmov, Natiq Əliyev və digər şəxslərlə əlbir olaraq 7-dən çox şəxsi zor və aldatma yolu ilə Corat qəsəbəsində yerləşən müəssisəyə gətirib qanunsuz saxlaması, onları yaxınları ilə əlaqədən məhrum etməsi, fiziki və psixi əzab verməsi, bəzi şəxslərin sağlamlığına xəsarət yetirməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında adıçəkilən şəxslər Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü maddələri ilə təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçilib. Apreldə həbs müddəti daha iki ay uzadılıb. Digər iştirakçıların müəyyənləşdirilməsi istiqamətində istintaq davam edir.



Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
Dünən, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
Dünən, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
Dünən, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
Dünən, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
Dünən, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
Dünən, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
Dünən, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
Dünən, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
Dünən, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
Dünən, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
Dünən, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
Dünən, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
23 oktyabr 2026, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
23 oktyabr 2026, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
23 oktyabr 2026, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
23 oktyabr 2026, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
23 oktyabr 2026, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Bütün xəbərlər
23 oktyabr 2026, 16:05

Sumqayıt teatrında "Sürgün sevgi" tamaşasının premyerası keçirildi

Bütün xəbərlər
23 oktyabr 2026, 15:40

Sumqayıtda narkotik dövriyyəsinə qarşı əməliyyat

Bütün xəbərlər
23 oktyabr 2026, 14:57

Sumqayıtda yolun müəyyən hissəsinin zəbt edilməsinə etiraz

Bütün xəbərlər
23 oktyabr 2026, 14:20

SDU tələbələrinin süni intellekt layihəsi 60 komanda arasında SEÇİLDİ

Bütün xəbərlər
23 oktyabr 2026, 13:40

Uşaqlıq arzusunu gerçəkləşdirdi - Sumqayıtdan Gəncəyə piyada getdi

Oxşar xəbərlər