Sumqayıtda körpə fidanlar üçün ustad dərsi keçirilib. Bu haqda bu gün, 7 mart tarixində Dövlət Rəsm Qalereyası xəbər verir.
Rəsm Qalereyasında “Günəş üzlü anam” adlı master-klass Beynəlxalq Qadınlar günü münasibətilə təşkil olunub. Rəssam Nigar Arifin rəhbərliyi altında keçirilən dərsdə uşaqlar kətan üzərində rəsmlər çəkiblər. Onlar əsərlərini analarına hədiyyə ediblər.