Bu gün, izləyicilərimizə Sumqayıtlı şəhid ailələrinin sevimlisi Şamil Ələsgərov haqda məlumat verəcəyik. Sumqayıt24 bu barədə AzTV-yə istinadən xəbər verir.
Belə ki, Ələsgərov hər gün Şəhidlər xiyabanını ziyarət edir. O, burada olan məzarların üstünü təmizləyir, bayraqları yeniləyir və dediyinə görə bunları özünə borc bilir.
Qeyd edək ki, Şamil bu işlə “Aprel döyüşlərindən” bu vaxtadək, yəni 6 ildir ki məşğuldur.