İyulun 4-nə olan hava proqnozu məlum olub. Bu haqda 3 iyul tarixində Sumqayıt24 xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Sumqayıtda havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti olacaq.