"Sabahın Alimləri" XI Respublika Müsabiqəsinin 14-21 fevral tarixlərində keçiriləcək mərhələsinə buraxılan məktəblər açıqlanıb. Bu haqda bu gün, 9 fevral tarixində Sumqayıt Şəhər Təhsil Şöbəsi məlumat yayıb.
Məlumata əsasən, 3, 4, 7, 9, 11, 19, 21, 23, 26, 29, 31, 33, 43 nömrəli tam orta məktəblər, İstedad, Təfəkkür, Texniki və Təbiət elmləri liseyi və Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdlərinin layihələri müsabiqədə iştirak edəcəklər.
Qalib olan layihələr içərisindən seçilmişlər ABŞ-da ölkəmizi təmsil edəcəklər.