Sumqayıtda şəhid ailələri ziyarət olunub. Bu haqda 30 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhər İcra Hakimiyyətinin əməkdaşları şəhidlərimizin ailə üzvlərinə baş çəkiblər. Qurum əməkdaşları şəhid ailələrinin qayğıları və problemləri ilə maraqlanıblar.
Qeyd edək ki, bayram günlərində ŞİH-nin təşkilatçılığı ilə mindən artıq şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı paylanılıb.