Sumqayıtın icra başçısı Zakir Fərəcov səyyar qəbul keçirib. Bu haqda 24 noyabr tarixində Sumqayıt24 xəbər verir.
İnşaatçılar qəsəbəsində baş tutan görüşdə İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Şəhər rəhbəri qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.