Sumqayıt şəhərinin 6-cı mikrorayonunda vətəndaş qəbulu keçirilib. Bu haqda 22 noyabr tarixində Sumqayıt24 xəbər verir.
İcra başçısı Zakir Fərəcov sakinlərin müraciət və təkliflərini dinləyib. Burada İH-nin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan müraciətlərin bir hissəsi yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan digər məsələlər isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.