Yenilənib saat: 09:40
Əməli törətməkdə şübhəli bilinən 38 yaşlı Ramil Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
***
Saat: 08:56
Sumqayıtda bıçaqlanma olub.
Apa.az xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.
Şəhər sakini, 38 yaşlı Ramil Hüseynov münaqişə zəminində tanışı, 29 yaşlı Fariz Məhəmmədova bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.