Vətən müharibəsi şəhidi Cavid Cəfərovun doğum günüdür.
Cavid Fərhad oğlu Cəfərov 1 dekabr 1993-cü ildə Sumqayıtda anadan olub. 2000-2009-cu illərdə 33 nömrəli məktəbdə, 2009-2013-cü illərdə isə Sumqayıt Dövlət Texniki Kollecində Nəqliyyatda daşımaların və idarəetmənin təşkili ixtisasında oxuyub. 2016-cı ilin iyul ayında hərbi xidmətə yollanıb. O, 2018-ci ilin yanvarında hərbi xidmətini başa vurur, həmin ilin 13 oktyabr tarixindən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirib.
Cavid Cəfərov 44 günlük müharibədə Füzulinin azadlığı uğrunda vuruşub. 1 oktyabr 2020-ci ildə yaralı komandirini xilas edərkən qəhrəmancasına şəhadətə ucalıb. Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülüb.