Sumqayıtda oxuyan şəhid və qazi övladları ekskursiyada olublar. Sumqayıt24 bu haqda 28 dekabr tarixində xəbər verir.
Tədbir Vll qrant müsabiqəsinin qalibi "Şəhid və qazi övladları üçün ekoRobot dərnəyi təlimi" layihəsi çərçivəsində keçirilib. Şagirdlər Milli Hidrometeorologiya Xidmətində muzeyə baxış keçirib, bu sahənin tarixi ilə tanış olublar.
Mütəxəssislər onlara Situasiya Mərkəzinin fəaliyyəti, erkən xəbərdarlıq sisteminin funksiya və tərkib elementləri, müasir hidrometeoroloji cihazlar, radar sistemi, ölkənin hidrometeoroloji şəbəkəsi və qlobal iqlim dəyişmələrinin neqativ təsirlərindən danışıblar.
Görüş sual-cavabla yekunlaşıb.