Bu gün şəhid Vüsal Allahyarovun mövlud günüdür. Onun 34 yaşı tamam olacaqdı.
Vüsal Allahyarov 22 aprel 1988-ci ildə Sumqayıt şəhərində anadan olub. Daxili Qoşunların baş çavuşu olan Vüsal sentyabrın 27-də başlamış Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Allahyarov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.
Vüsal Allahyarov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə və "Qarabağ" ordeni ilə təltif edilib.
Şəhidimiz ailəli idi. 2 qız övladı Vətənə əmanət qalıb.