Sumqayıtda “Şəkərli diabet (II tip) xəstəliyinin diaqnostika və müalicəsi” mövzusunda elmi-praktik konfrans keçirilib. Bu haqda 17 noyabr tarixində Sumqayıt24 STM-ə istinadən məlumat verir.
Ümumdünya Diabet Gününə həsr olunmuş tədbirdə tibb müəssisələrinin baş həkimləri, terapevtlər, ginekoloq və endokrinoloqlar iştirak ediblər.
Konfransda mövzuya həsr olunan videoçarxın nümayişindən sonra tanınmış həkim-endokrinoloq, tibb üzrə fəlsəfə doktoru Lalə Səlimxanova şəkərli diabetin müalicəsində tətbiq olunan müasir protokollardan, isifadə olunan dərman vasitələrinin əhəmiyyətindən danışıb.
Sonda toplantı iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.