“Azəriqaz” İstehsalat Birliyi Sumqayıtda “Açıq mikrofon” aksiyası keçirib. Sumqayıt24 bu haqda İB-nin baş direktoru Ruslan Əliyevin yaydığı məlumata istinadən yazır.
Aksiya “Kimyaçı” Mədəniyyət Sarayının önündə təşkil olunub. Burada, “Azəriqaz” İB-nin, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri sakin və sahibkarların problem və təkliflərini dinləyiblər.
Onları maraqlandıran suallar cavablandırılıb. Daxil olan müraciətlər araşdırılması üçün qeydə alınıb.