Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Sumqayıt24 bu barədə 26 noyabr tarixində xəbər verir.
Hadisə şəhərin Səməd Vurğun küçəsində, “İdrak” liseyinin qarşısında qeydə alınıb. “Opel” və “QAZ-31” markalı avtomobillər toqquşub. Qəza zamanı xəsarət alan olmayıb. Əraziyə DYP-nin əməkdaşları cəlb olunublar.