Yol polisi vətəndaşları sevindirib. Sumqayıt24 bu haqda 30 dekabr tarixində Avtosfer.az-a istinadən xəbər verir.
Baş Dövlət Yol Polisi İdarəsinin “Saray” postunda tədbir keçirilib. İdarə əməkdaşları sürücüləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik ediblər. Nümunəvi sürücülərə və uşaqlara hədiyyələr paylanılıb, onlarla profilaktik söhbətlər aparılıb.
İdarənin inspektoru, polis leytenantı Elvin Hacıyev insanları yolda diqqətli olmağa çağırıb:
“DYP əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar. Əziz sürücülər, sizə də ehtiyatlı və təhlükəsiz yol arzu edirik. Nəqliyyat vasitəsində yuxulu və yorğun olduğunuz vaxt istənilən posta yaxınlaşaraq qısamüddətli istirahət şəraitindən istifadə edə bilərsiniz”.