Saray qəsəbəsində avtomobil piyadanı vurub. Sumqayıt24 bu haqda bu gün, 15 mart tarixində Report-a istinadən xəbər verir.
Məlumata əsasən, 59 yaşlı Rahib Abbasov yolu keçərkən avtomobil onu vurub. Zərərçəkmiş müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.
Oxşar hadisə ötən gün Saray qəsəbəsində qeydə alınmışdır.