Sumqayıt şəhərinin 17-ci mikrorayonunda yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 29 dekabr tarixində Sumqayıt24 Den.az-a istinadən məlumat verir.
Hadisə “Daş bazarı” ərazisində qeydə alınıb. Yük maşını qarşıda hərəkət edən sərnişinlə dolu 9 nömrəli avtobusa çarpılıb. Qəza zamanı xəsarət alan olmayıb.
Əraziyə polis əməkdaşları cəlb olunublar. Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
İlkin məlumata görə, qəzaya səbəb yük avtomobilinin sürücüsünün ara məsafəsini düzgün seçməməsi olub.
Faktla bağlı araşdırma aparılır.