Sumqayıt Dövlət Universitetinin (SDU) dosenti Xəyalə Muğamat qızının kitabı işıq üzü görüb. Bu haqda 8 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Dərs vəsaiti "Azərbaycan dilində çoxkomponentli mürəkkəb cümlələr" adlanır. Kitabda müasir Azərbaycan dilində mürəkkəb sintaktik konstruksiya sayılan çoxkomponentli mürəkkəb cümlələr, onların struktur-semantik xüsusiyyətləri, növləri, bağlayıcılı və bağlayıcısız çoxkomponentli tabesiz və tabeli mürəkkəb cümlələr və onların sintaktik təhlil sxemləri verilir.