Sumqayıt Dövlət Universiteti (SDU) ilə “ATS Food” MMC arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Bu haqda 10 iyul tarixində Sumqayıt24 SDU-ya istinadən məlumat verir.
Memorandum tələbələrin təhsil və karyera inkişafı üzrə sıx əməkdaşlığın təmin edilməsi, təcrübə və fənn proqramlarının uyğunlaşdırılması, qısamüddətli təlim proqramlarının icrası, məzunların işlə təminatı kimi məsələləri nəzərdə tutur. Sənədi Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov və “ATS Food” MMC-nin İcraçı direktoru Tural Hacıyev imzalayıblar.
Memoranduma əsasən, “ATS Food” şirkəti və SDU kadr hazırlığının təşkili üçün birgə tədbirlər həyata keçirəcəklər.