Sumqayıt Dövlət Universiteti (SDU) reytinqlərdə yer alıb. Sumqayıt24 bu haqda 30 noyabr tarixində “Azərbaycan Universitetləri”nə istinadən xəbər verir.
“Hirş” indeksi reytinqinə görə, SDU ən sürətlə inkişaf edən universitetlərdən biridir. Təhsil ocağı 17 pillə yüksələrək 36-cı olub. Bundan başqa, universitet “Scopus” indeksində 8, “Web Of Science” indeksində isə 6 pillə irəliləyib.
Sözügedən müstəqil beynəlxalq reytinq Azərbaycan alimlərinin, tədqiqat qruplarının və təşkilatların elmi məhsuldarlığını qiymətləndirməyə yönəlib.