“Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliyinə qarşı mübarizə” mövzusunda forum keçiriləcək. Sumqayıt24 bu haqda 2 iyul tarixində xəbər verir.
Beynəlxalq tədbir Elm və Təhsil Nazirliyi ilə “Times Higher Education” Beynəlxalq Reytinq Agentliyinin əməkdaşlığı çərçivəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən sentyabrın 11-12-də təşkil olunacaq.
Foruma Sumqayıt Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ev sahibliyi edəcək.