Sumqayıt Dövlət Universitetində tədbir keçirilib. Sumqayıt24 bu haqda 22 noyabr tarixində xəbər verir.
“SOCAR” tərəfindən təhsil ocağında “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda mühazirə və universitet tələbələrinin iştirakı ilə konsert proqramı təşkil olunub.
Tədbirə 100-ə yaxın tələbə qatılıb. Onlar ulu öndər Heydər Əliyevin həyatından bəhs edən sərgiyə də baxış keçiriblər.