Sumqayıt Dövlət Universitetinin Elmi kitabxanasında professor – müəllim heyətinin nəşr əsərlərinin təqdimatı və sərgisi keçirilib. Bu haqda bu gün, 14 aprel tarixində SDU öz saytında xəbər yayıb.
Sərgidə son illərdə Filologiya fakültəsində çap olunmuş 131 adda 212 kitab və jurnal nümayiş etdirilib. Tədbirdə çıxış edən müəlliflər sərginin təşkilinə görə universitet rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Çıxışlardan sonra müəllim və tələbə heyəti nəşrlərlə tanış olub, müəlliflərlə fikir mübadiləsi aparıblar.