Sumqayıt Dövlət Universitetində (SDU) 2023-2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib. Bu haqda 8 yanvar tarixində Sumqayıt24 xəbər verir.
İmtahan sessiyası dekabrın 29-dan başlayaraq 5 həftə davam edəcək. Yoxlamalar 2 növbə üzrə keçiriləcək. İmtahanların şəffaf və obyektiv, qanun çərçivəsində keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub.
Tələbələrin İmtahan Qərargahına və Apellyasiya Komissiyasına etdikləri müraciətlər çevik, ədalətli və hərtərəfli araşdırılacaq. Həmçinin sessiya müddətində universitetin Elmi kitabxanasında tələbələrin dərsliklər və dərs vəsaitləri ilə təmin olunması üçün lazımi şərait yaradılıb.
Qeyd edək ki, imtahanlar 1 fevral tarixində yekunlaşacaq.