Sumqayıt Dövlət Universitetində (SDU) ikinci ixtisas üzrə təkrar ali təhsil almaq istəyən müraciətçilərlə görüş olub. Sumqayıt24 bu haqda 10 iyul tarixində xəbər verir.
Tədbirdə təhsil ocağının rəhbərliyi və müvafiq struktur təmsilçiləri iştirak ediblər. Rektor dosent Rüfət Əzizov bildirib ki, SDU-nun Təbiət elmləri, Riyaziyyat, İqtisadiyyat və idarəetmə, Mühəndislik, Tarix və coğrafiya, Filologiya kimi fakültələrində aktual ixtisaslara yiyələnmək mümkündür.
Həmçinin iştirakçılara universitetdə aparılan islahatlar, bunun nəticələrindən məlumat verilib. Onları maraqlandıran suallar cavablandırılıb.