Sumqayıt Dövlət Universitetinin (SDU) tələbəsi layihəyə qatılıb. Sumqayıt24 bu haqda 13 fevral tarixində xəbər verir.
Gənclər və İdman Nazirliyi, Türk Dövlətləri Təşkilatı və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən Quba Olimpiya İdman Kompleksində “İdmanda birləşək” mövzusunda II Çoxtərəfli Gənclik Mübadilə Proqramına start verilib.
Məqsəd türkdilli ölkələrin həmfikir gəncləri arasında təhsil, idman, mədəniyyət sahələrində əlaqələr yaratmaq, iştirakçı gənclərə idmanın fiziki, psixoloji, iqtisadi və siyasi aspektləri haqqında geniş bilik qazandırmaq, qədim türk xalqlarında mövcud olmuş idman oyunları ilə tanış etməkdir.
SDU-nun Filologiya fakültəsinin II kurs tələbəsi olan Türkiyə vətəndaşı Dilşah Can da proqrama qoşulub.