2025–2026-cı tədris ilində Sumqayıt Dövlət Universiteti (SDU) gənclər təşkilatlarının fəaliyyətində aktiv iştirak edən, təhsil ocağınınictimai həyatına töhfə verən tələbələr sertifikatlarla mükafatlandırılıblar.
Sumqayit24.az xəbər verir ki, tədbirdə çıxış edən rektor Nurəli Yusifbəyli fəal tələbələri təbrik edərək ali təhsil müəssisəsinin uğurlarının tələbələrin fəaliyyəti, təşəbbüskarlığı və nailiyyətləri ilə birbaşa bağlı olduğunu qeyd edib:
"Dünya sürətlə dəyişir. Elm və texnologiyada baş verən inkişafın tempi əvvəlki dövrlərlə müqayisədə qat-qat artır və bu, qarşıdakı illərdə daha da sürətlənəcək. Buna görədir ki, XXI əsrin çağırışlarına cavab vermək, ölkəmizə, dövlətimizə və cəmiyyətimizə daha böyük töhfələr vermək üçün sizin üzərinizə mühüm məsuliyyət düşür".
Professor tələbələrin formalaşmasında ailələrin rolunu vurğulayaraq, savadlı, fəal və vətənpərvər övladlar yetişdirdiklərinə görə onların valideynlərinə təşəkkürünü bildirib.