Sumqayıt Dövlət Universitetinin (SDU) dosenti Aidə Quliyevanın kitabı çap edilib. Bu haqda 30 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Dərs vəsaiti “Enerji ehtiyatları və elektrik enerji istehsalı” adlanır. Kitabda enerji istehsalı texnologiyalarının müasir vəziyyətindən, enerji ehtiyatlarının iqtisadi inkişaf metodlarından, yeraltı yanacağın xüsusiyyətlərinin səmərəliliyindən, enerji ehtiyatlarının tətbiqi sahələrindən, elektrik enerjisinin çevrilmə yollarından bəhs edilib.