Sumqayıt Dövlət Universitetinin (SDU) əməkdaşlarına pul mükafatı veriləcək. Bu haqda 26 dekabr tarixində Sumqayıt24 SDU-ya istinadən məlumat verir.
Ali təhsil müəssisəsinin rektoru Rüfət Əzizov əmr imzalayıb. Əmrə əsasən, yeni il münasibətilə universitetin bütün əməkdaşlarına 200 manat məbləğində pul mükafatı təqdim olunacaq.