SDU-nun məzunu Bakı Beynəlxalq Avtovağzal Kompleksinə mətbuat katibi vəzifəsinə təyin edilib. Bu haqda bu gün, 24 yanvar tarixində Xeberle.com məlumat yayıb.
Məlumata əsasən, qeyd olunan vəzifə Samir Səfərova həvalə edilib.
Səfərov 1983-cü ildə anadan olub. O, Sumqayıt şəhər 17 saylı məktəbdə orta təhsil alıb. Mədəniyyət və İncəsənət Universitetinin "Sənətşünaslıq”, sonra isə Sumqayıt Dövlət Universitetinin "İqtisadiyyatı İdarəetmə” fakültəsini bitirib.