Sumqayıt Dövlət Universitetinin məzununa Prezident İlham Əliyevin sərəncamı ilə mükafat veriləcək. Bu haqda Universitetin Telegram səhifəsinə istinadən xəbər veririk.
Həmin şəxs Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyinin direktoru və Vətən müharibəsi iştirakçısı Coşqun Hidayətovdur.
Coşqun elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusilə fərqləndiyi üçün mükafatlandırılacaq.