Sumqayıt Dövlət Universitetinin müəllimi, yazıçı-publisist Əli Rzazadə Bərdədə seminarda iştirak edib. Bu haqda 24 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Əli Rzazadə seminarda “Müasir dövrdə dəyərlərin mühafizəsi” mövzusunda mühazirəsi ilə çıxış edib. Tədbir "Ulu Öndər: Dəyərlərimizin xilaskarı" adlı layihə çərçivəsində təşkil olunub.
Layihə çərçivəsində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi əsasında hazırlanan “Heydər Əliyev 100: Mənəviyyata bağlı ömür” adlı sənədli film nümayiş etdirilib.