“Məşğulluq” mövzusunda tədbir olacaq. Sumqayıt24 bu haqda 4 iyul tarixində Dövlət Məşğulluq Agentliyinə (DMA) istinadən xəbər verir.
“TEDx KhataiStreet”in təşkil etdiyi görüşə Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov da spiker qismində qatılacaq. O, “Dəyişikliyə qucaq aç” mövzusu ətrafında çıxış edəcək.
Tədbir 7 iyul saat 12:00-da “Badamdar Hotel & Residences”də baş tutacaq.