SDU-nun tələbəsi “Şuşa” milli mükafatına layiq görülüb. Bu haqda Sumqayıt Dövlət Universiteti məlumat yayıb.
Məlumata əsasən, təqdimetmə mərasimi “Şuşa - Tariximizin dirçələn dəyəri!” adlı tədbir çərçivəsində keçirilib. Mükafat Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin I kurs tələbəsi Ömər Xəlilova təqdim edilib.
Tədbir Bakı Gənclər Mərkəzində “Zəfər Təntənəsi” təşkilatının təşkilatçılığı ilə baş tutub.