Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri “YARAT” Müasir İncəsənət Mərkəzində olublar. Sumqayıt24 bu haqda 27 dekabr tarixində xəbər verir.
Ekskursiya Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilib. Məqsəd tələbələrin mədəniyyət, incəsənət sahəsində dünyagörüşlərinin artırılmasıdır. Əvvəlcə Fərəh Ələkbərlinin performans, videoinstalyasiya və qrafika əsərlərindən ibarət “Yoxlanılıb, mina yoxdur!” adlı qrup sərgisinə baxış keçirilib. Əsərlər postmünaqişə dövrünün həssas sülh mövzusundan bəhs edir, daha fundamental mədəni, sosial və ekoloji məsələlərə fokuslanır.
Sonra tələbələr Mərkəzin “XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi”ndə Xalq rəssamı Fərhad Xəlilovun “Yerlə göy arasında” adlı fərdi sərgisində də iştirak ediblər. Burada son illər ərzində yaradılan rəngkarlıq tabloları və bu günə qədər nümayiş olunmayan qrafika əsərləri sərgilənir.