“Siemens” şirkətinin Rəqəmsal Sənayə Həlləri üzrə Qafqaz və Orta Asiya Regional direktoru İqor Sızov Sumqayıta gəlib. Sumqayıt24 bu haqda 25 noyabr tarixində xəbər verir.
Sizov və nümayəndə qrupu Sumqayıt Texnologiyalar Parkını ziyarət ediblər. Onlar "STP Global Cable" istehsalat sahələri ilə tanış olublar.
Həmçinin rəqəmsal transformasiyaların həyata keçirilməsində “Siemens” şirkətinin təcrübəsi nəzərdən keçirilib, ikitərəfli fikir mübadiləsi aparılıb.