Sumqayıt Tibb Mərkəzinin (STM) yeni direktoru Elnur Azadxanov kollektivə təqdim olunub. Bu haqda 8 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Təqdimat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavini Araz Nəsirov tərəfindən baş tutub. Tədbirdə çıxış edən E.Azadxanov tibb müəssisəsində xidmət keyfiyyətinin artırılması, qarşıya qoyulan hədəflərə nail olmaq üçün səylə çalışacağına söz verib.
Daha öncə Səkinə Sadıxovanın STM-in direktoru vəzifəsindən azad olunması haqda məlumat vermişdik.