“STP Global Cable” şirkəti müsabiqə elan edir. Bu haqda 9 iyul tarixində Sumqayıt24 xəbər verir.
Şirkət kabel məhsullarının eksklüziv və standart distribütorluğunu həyata keçirəcək şirkətlər axtarır. Müsabiqədə iştirak etmək üçün müvafiq hüquqi sənədlər və təkliflər qapalı və möhürlü zərfdə iyulun 25-dək iştirakçılar tərəfindən H.Z. Tağıyev qəsəbəsi ünvanında yerləşən şirkətin Satınalma şöbəsinə göndərilməlidir. Eləcə də sözügedən şöbəyə elektron məktub ([email protected]) ünvanlayaraq müsabiqə haqqında ətraflı məlumat əldə etmək olar.