Sumqayıtda zəncirvari qəza baş verib. Bu haqda Sumqayıt24-ə oxucular xəbər verib.
Hadisə 16 fevral axşam saatlarında, şəhərin Sülh küçəsi ilə Koroğlu prospektinin kəsişməsində qeydə alınıb. Qəza zamanı “Mercedes”, “VAZ 21099” və “VAZ 2107” markalı avtomobillər toqquşub. Nəticədə nəqliyyat vasitələrinə maddi ziyan dəyib.
Məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. [modula id="9945"]