“SUMbuilders” komandasının təsisçisi və mentoru Rusiyaya yollanıb. Sumqayıt24 bu haqda 27 noyabr tarixində xəbər verir.
Tural Süleymanovu oraya Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi dəvət edib. O, beynəlxalq “Professionals” çempionatında “Müəssisə İnformasiya Sistemlərinin Təhlükəsizliyi” və “Elektronika” istiqamətləri üzrə ekspert-mentoru, Azərbaycan nümayəndə heyətinin rəhbəridir.