Sumqayıt şəhərində yerləşən köməkçi tikilidə yanğın baş verib. Sumqayıt24 bu haqda Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə nəticəsində ümumi sahəsi 20 kv.m olan tikilinin yanar konstruksiyaları yanıb. Yanğından mühafizə bölmələri tərəfindən alovun qarşısı alınıb. Digər tikililər mühafizə olunub.