18 yanvar saat 16:00-da Sumqayıt şəhər Heydər Əliyev mərkəzində “20 Yanvar - şahidlərin xatirələrində” adlı görüş keçiriləcək. Bu haqda Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) məlumat yayıb.
Görüşdə 20 yanvar hadisələrinin şahidi olmuş şəxslər və tarix fakültəsinin tələbələri çıxış edəcəklər. Həmçinin iştirakçılara hadisənin fraqmentləri əsasında hazırlanmış videoçarx təqdim olunacaq.
Tədbir Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı, GİKM Sumqayıt nümayəndəliyi və Heydər Əliyev Mərkəzi tərəfindən təşkil edilir.