Sumqayıt Regional Ədliyyə İdarəsi Abşeron Rayon Masazır Bələdiyyəsini məhkəməyə verib. Sumqayıt24 bu barədə 26 noyabr tarixində Fed.az-a istinadən xəbər verir.
İşə hakim Ceyhun Məmmədovun sədrliyi ilə Sumqayıt İnzibati Məhkəməsində baxılacaq. İddia inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr (torpaq münasibətləri) üzrə qaldırılıb.